Azad edilmiş ərazilərdə ötən ay 788 mina, 2106 PHS aşkarlanıb
03.08.2026

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə iyul ayı üzrə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə  Agentliyindən (ANAMA)  verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən ay 614 piyada əleyhinə mina, 174 tank əleyhinə mina, 2106 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 8 012,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

visiontv.az