Azərbaycan gömrükçüləri İrandan Almaniyaya yük aparan maşında 112 kq-dan çox heroin aşkarlayıb
03.08.2026

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya “hazır qida məhsulları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük ətraflı gömrük yoxlamasına cəlb olunub.

İdarədən  bildirilib ki, yoxlama zamanı narkotik vasitə 1218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində aşkarlanıb.

Çətinləşdirilən üsuldan istifadə edilməklə gizlədilmiş heroinin xalis təmiz çəkisi 112 kq 761 qram olub.

Faktla bağlı araşdırma aparılır.

visiontv.az