QHT əməkdaşları Ağdərədə minaya düşdülər
03.08.2026

İşğaldan azad edilmiş Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baș verib.

Visiontv.az  xəbər verir ki, bu barədə  Azərbaycan Minatəmizləmə  Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının (QHT) əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu  xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb.

Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Füzuli Rizvan oğlu Mirzəyev yüngül bədən xəsarətləri alıb.

Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə ediliblər. Vəziyyətləri qənaətbəxşdir.

visiontv.az