Zəncan əyalətinin Tarım şəhristanının Obar şəhərindən olan 22 yaşlı Azərbaycan türkü Əmir Cəfəri 9 fevral axşamı həbs edilib.
Həbsdən bəri ailəsinə onun harada olduğu, fiziki vəziyyəti və ya hüquqi statusu barədə heç bir məlumat verilməyib.
Saxlanılanların statusu və ailələrinə şəffaf məlumatların verilməməsi ciddi insan hüquqları pozuntusu hesab edilir. Beynəlxalq standartlara görə, saxlanılan hər bir şəxsin həbsinin səbəbi barədə məlumatlandırılmaq, vəkillə əlaqə saxlamaq və ailəsi ilə əlaqə saxlamaq hüququ var.
visiontv.az