Ərdəbildən olan Zəhra Dadxah hökumət qüvvələri tərəfindən öldürülüb
13.02.2026

Ərdəbildən olan Azərbaycanlı qız Zəhra Dadxah 8 yanvarda bu şəhərdə keçirilən etirazlar zamanı hökumət qüvvələri tərəfindən arxadan vurularaq öldürülüb.

Zəhra Dadxah xanımın əri Fərzad Muradi isə hökumət agentlərinin atəşi nəticəsində hər iki gözünü itirib.

Zəhra 22 yaşında idi və rejim qüvvələri onun ailəsinə yas mərasimi keçirməyə icazə verməyib.

visiontv.az