Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Misirin Dövlət Neft Korporasiyası (EGPC) arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən çərçivə müqaviləsi imzalanıb.
Bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, imzalanma mərasimi "EGYPS 2026" – 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi çərçivəsində baş tutub.
Tədbirdə enerji təhlükəsizliyi, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri və müasir texnologiyaların tətbiqi kimi aktual məsələlər müzakirə olunub.
SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov tədbir çərçivəsində panel müzakirələrində çıxış edərək Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu və Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini diqqətə çatdırıb.
visiontv.az