Enerji daşıyıcılarının dəyərinin sürətlə yüksəlməsi səbəbindən Avropa İttifaqı (Aİ) COVID-19 pandemiyasının fəsadlarına bərabər miqyasda nəhəng iqtisadi zərbəyə hazırlıq görür.
Bu barədə "Politico" məlumat yayıb.
Avropa rəsmilərindən birinin bildirdiyinə əsasən, Brüsseldə hazırda "COVID-19"dövrünü xatırladan vəziyyət hökm sürür. Həmçinin qeyd edilir ki, ehtimal olunan enerji defisiti və bunun ardınca gələcək "iqtisadi tənəzzül" 2020-ci ildəki vəziyyətdən daha ağır xarakter daşıya bilər.
Xəbərə görə, indi Avropa məkanında iki əsas məsələ aktuallıq kəsb edir, birincisi enerji böhranının kəskinlik dərəcəsi və onun gətirəcəyi fəsadların miqyasıdır. Məqalə müəllifləri bu durumun sənayenin bütün sektorlarına mənfi təsir göstərəcəyi riskinin olduğunu bildirirlər.
Məlumata əsasən, Avropa Şurasının rəhbəri Antoniu Koşta Aİ rəhbərlərinin iştirakı ilə növbədənkənar sammitin keçirilməsi ehtimalını belə nəzərdən keçirir.
visiontv.az