Əfqanıstan və Pakistan Çində danışıqlar aparır
01.04.2026

Əfqanıstan və Pakistan nümayəndələri Çinin iştirakı ilə üçtərəfli mexanizm çərçivəsində sərhəddəki münaqişənin həllinə dair danışıqlar aparırlar.

Bu barədə "Dawn" qəzeti Pakistanın  Xarici  İşlər  Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

"Çinin Urumçi şəhərində keçirilən danışıqlar, daha əvvəl bu görüşə kömək etməsi xahişi ilə Çinə müraciət edən Əfqanıstanın təşəbbüsü ilə başlayıb", - qəzetin həmsöhbətləri bildiriblər.

Onların sözlərinə görə, xarici və daxili işlər nazirliklərinin nümayəndələrinin iştirak etdiyi Urumçidəki görüşün məqsədi sərhəddəki hərbi münaqişənin dayandırılması yolları barədə fikir mübadiləsi aparmaqdır. Çin qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün ilk addım kimi iki ölkə arasında ticarətin bərpasına çağırır.

Xatırladaq ki, fevralın 26-sı axşam saatlarında Pakistan və Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Pakistanın müdafiə naziri  Xavaca  Asif bildirib ki, hazırda onun ölkəsi və  Əfqanıstandakı  Taliban hökuməti açıq silahlı qarşıdurma vəziyyətindədir.

visiontv.az