"Rusiya hesab edir ki, Cənubi Qafqaz üzrə "3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan və onların üç qonşusu - Rusiya, Türkiyə, İran) növbəti görüş xarici işlər nazirləri səviyyəsində Bakıda və ya İrəvanda keçirilə bilər. Bu məsələ ilə bağlı müzakirələr aparılır".
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mixail Qaluzin Sankt-Peterburqda təşkil olunan forumda açıqlama verib.
Qaluzinin sözlərinə görə, Moskva bütün Cənubi Qafqaz regionunun tam nəqliyyat və iqtisadi blokadadan çıxarılmasını dəstəkləyir:
"Hesab edirik ki, Cənubi Qafqazın tranzit potensialının inkişafında regiondakı bütün ölkələrin iştirakını təmin etmək çox vacibdir. Sərhədlər açılmadan tam nəqliyyat əlaqələrindən danışmaq mümkün deyil. İnanırıq ki, bu, nə qədər tez baş verərsə, bütün region ölkələri üçün bir o qədər çox logistika imkanları açılacaq. Rusiya da öz növbəsində bütün regionun nəqliyyat və iqtisadi infrastrukturunun tam şəkildə açılmasını dəstəkləyir".
visiontv.az