Ankarada keçiriləcək NATO sammitində Trampın da iştirakı gözlənilir
05.06.2026

Türkiyə növbəti ay Ankarada keçiriləcək NATO sammitində ABŞ prezidenti Donald Trampın iştirak edəcəyini gözləyir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Tramp Prezident Ərdoğanla son vaxtlar apardığı bir neçə telefon danışığı zamanı sammitdə iştirak etməyi planlaşdırdığına dair işarə verib.

Görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlıq əlaqələrinin və regional təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Diplomatik mənbələr bu səfərin regional proseslərə əhəmiyyətli təsir göstərəcəyini vurğulayırlar.

visiontv.az