Donald Tramp Co Baydenin oğlu haqqında nə dedi?
05.06.2026

ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Baydenin 2028-ci ildə baş tutacaq prezidentlik yarışında uğur qazana biləcəyi ehtimal edilir.

Visiontv.az  xəbər verir ki, bu barədə "Fox News" ABŞ Prezidenti Donald Trampın bəyanatına istinadən məlumat yayıb.

Dövlət başçısı Hanter Baydeni bir neçə siyasətçi, o cümlədən əvvəllər nasist döyməsi və narkotik maddələrin istifadəsi ilə bağlı qalmaqallarda adı hallanan Men ştatından Senata namizəd Qrem Platnerlə müqayisə edib. Tramp qeyd edib ki, əgər bu cür namizədlər siyasi arenada uğur əldə edə bilirlərsə, o zaman Hanter də bunu bacara bilər, çünki onun da keçmişi heç də mükəmməl deyil.

visiontv.az