Gəmi qəzasına görə saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
06.11.2026

Şimali Kiprin Girne sahillərində gəmi qəzası ilə bağlı başladılan istintaqda üçü Azərbaycan vətəndaşı olmaqla, doqquz nəfərin həbs müddəti 7 gün uzadılıb.

Visiontv.az  "Report"a istinadən xəbər verir ki, bu barədə  Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib. 

Növbəti məhkəmə prosesi noyabrın 13-də baş tutacaq.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəminin qəzaya uğraması nəticəsində 26 nəfər ölüb, 239 nəfər xilas olunub. İtkin düşmüş daha bir sərnişinin axtarışı davam edir.

visiontv.az