Müctəba Xameneinin sosial media səhifəsində çərşənbə axşamı “Coğrafi məhdudiyyət olmadan” başlıqlı bir görüntü yayımlanıb.
Görüntüdə bu mesaj yer alıb: “Hər səviyyədə və hər növdə təhdidə dərhal, təsirli və coğrafi məhdudiyyət olmadan cavab verilməlidir.”
Şəkildə Yaxın Şərq mərkəzli qlobus və saatın əqrəbləri formasında təsvir edilmiş iki raket görünür. Raketlər saat 07:50-ni göstərir.
Bu vaxtın tarixi hadisələrlə əlaqəli ola biləcəyi ehtimal edilir. Belə ki, 7 dekabr 1941-ci ildə Yaponiyanın ABŞ-ın Perl-Harbor hərbi bazasına hücumu saat 07:50 radələrində başlayıb. Həmçinin 9 avqust 1945-ci ildə Naqasaki şəhərində atom bombasının atılmasından əvvəl səhər saatlarında hava hücumu xəbərdarlığı sirenləri səslənib.
Müctəba Xamenei bundan əvvəl, ötən şənbə günü İran Silahlı Qüvvələrinin yüksək rütbəli komandirlərinə mümkün təhdidlərə coğrafi məhdudiyyət olmadan dərhal cavab vermək barədə göstəriş verib.
O, həmçinin hədəflər bazasının yenilənməsini tələb edərək, ABŞ və İsrailə aid bütün maddi və qeyri-maddi obyektlərin İran Silahlı Qüvvələrinin zərbə imkanları daxilində olmasını vurğulayıb.
Bu açıqlamalar İran rejiminin hərbi təhdidlərinin yalnız regionla məhdudlaşmadığını, qlobal miqyasda mesaj və təhdid xarakteri daşıdığını göstərir.
Hər zaman demişik ki, İran adlanan siyasi coğrafiyanın mövcudluğu dünya üçün təhdid olacaq. Amma başqasının çörəyini yeyib, 40 milyon Azərbaycan Türkünün əsarətdə qalmasına göz yuman şərəfsiz satqınlar dedilər; “Amandır, İrana nəsə olmasın!”.
İndi onların da xoruzlarının quyruğu göründü və kimə nökərçilik etdikləri bəlli oldu.
Bilin ki, İran adı altında yaradılmış qondarma vahid siyasi coğrafiya, orada hakimiyyətdə olan rejimin ideoloji mahiyyətindən asılı olmayaraq, hər zaman dünya üçün təhdid mənbəyi olacaq.
Sadiq İsabəyli
visiontv.az