Pakistanda minalanmış avtomobillə polis bölməsinə hücum edilib, 5 nəfər ölüb, 13 yaralı var
03.04.2026

Pakistanda minalanmış avtomobil partladılıb.

“Dawn”ın xəbərinə görə, Xeyber Paxtunxva əyalətinin Bannu bölgəsində baş verib.

Belə ki, minalanmış avtomobillə polis bölməsinə hücum edilib, 5 mülki şəxs ölüb, biri polis olmaqla 13 nəfər isə xəsarət alıb.

Hadisə nəticəsində polis bölməsinin binasına ciddi ziyan dəyib.

Yaralananlar xəstəxanaya yerləşdirilib.

visiontv.az