İsraildə İran və Hizbullahın hücumlarında daha 148 nəfər yaralanıb
03.04.2026

İsraildə son sutkada İran və Hizbullahın hücumları nəticəsində 148 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 Bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Beləliklə, müharibə başlayandan bəri İsraildə yaralananların sayı 6500-ü ötüb.

Məlumata görə, xəstəxanalara aparılan 6594 nəfərin əksəriyyəti müalicə olunaraq evə buraxılıb.

visiontv.az