Türkiyə Hörmüz boğazına alternativ beş enerji marşrutu hazırlayıb
03.04.2026

Türkiyə İran ətrafındakı böhran fonunda Hörmüz boğazdan yan keçməklə neft və qaz tədarükünün beş marşrutunu hazırlayıb.

Visiontv.az  Oxu.Az-a  istinadən  xəbər verir ki, bu barədə  "Türkiye" qəzeti  Türkiyə Ticarət Nazirliyinə istinadən məlumat yayıb.

"Hökumətimiz, ilk növbədə böhranlı dövrlərdə istehsalçılar və istehlakçılar üçün vacib variantlar olan Hörmüz boğazına alternativ marşrutların açılması üçün böyük səylər göstərir", - deyə Türkiyənin ticarət naziri Ömər Bolat bildirib.

Qəzetin məlumatına görə, Fars körfəzi bölgəsindən bir neçə enerji nəqli marşrutu nəzərdən keçirilir.

Bunlara İraq və Suriya üzərindən quru yolu ilə çatdırılmalar, Süveyş kanalı - Qırmızı dəniz - İordaniya - Səudiyyə Ərəbistanı kombinə edilmiş marşrutu, eləcə də Omandan BƏƏ-yə və regionun digər ölkələrinə gedən marşrutlar daxildir.

Bundan başqa  Afrikadakı Ümid Burnu marşrutu da təklif olunur. Lakin bu marşrut daşıyıcı xərclərini artırır və digər variantlardan 10-15 gün daha uzundur.

Daha əvvəl məlumat verilmişdi ki, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı Hörmüz boğazı vasitəsilə neft məhsullarının daşınmasını idarə etmək üçün konsorsiumun yaradılması imkanını nəzərdən keçirir.

visiontv.az