“Müharibə səbəbindən Tehran-İrəvan əməkdaşlığı ləngiyib”
02.04.2026

İranın Ermənistandakı səfiri Xəlil Şirqulami Yaxın Şərqdə davam edən müharibənin İranın xarici əməkdaşlıqlarına mənfi təsir göstərdiyini bildirib.

“Şübhəsiz ki, Yaxın Şərqdə davam edən müharibə səbəbindən İranın Ermənistan da daxil olmaqla bir çox ölkə ilə əməkdaşlığı ləngiyib və plana uyğun irəliləmir. Ancaq bu vəziyyət müvəqqətidir,” – deyə, Şirqulami vurğulayıb.

O, bildirib ki, İran və Ermənistanın gündəliyində çoxsaylı məsələlər var və yaxın dövrdə qarşılıqlı səfərlər planlaşdırılır. Səfirin dediklərinə görə, iqtisadiyyat, təhsil, infrastruktur və digər sahələrdə mühüm görüşlərin keçirilməsi nəzərdə tutulsa da, hazırkı hərbi vəziyyət bu prosesləri gecikdirib.

visiontv.az