Kollektiv narsisizm və ya "mən türk deyiləm" qərəzi
22.10.2026

Azərbaycanda özünü türk hesab etməyən və Türkiyəyə qarşı kəskin münasibət göstərən insanlara rast gəlirik. Türkiyədə də özünü türk hesab etməyib Azərbaycanı hədəfə alan insanlar mövcuddur. Bəs bunun psixoloji izahı nədir?

Sosial psixologiyada sosial kimlik təhdidi adlı anlayış var. İnsan özünü müəyyən bir qrupa aid hiss etdikdə həmin qrupun başqalarından fərqlənməsinə əhəmiyyət verə bilər. Bu fərqliliyin tanınmadığını düşündükdə isə müdafiə reaksiyası yaranır.

Digər maraqlı anlayış kollektiv narsisizmdir. Bu, insanın mənsub olduğu qrupu həddindən artıq ideallaşdırması və başqalarının həmin qrupun üstünlüyünü qəbul etməsini gözləməsidir. Araşdırmalar göstərir ki, belə münasibət tənqidə həssaslığı və digər qruplara qarşı düşmənçiliyi artıra bilər.

Lakin burada mühüm fərq var, insanın özünü türk, azərbaycanlı və ya başqa kimliklə müəyyənləşdirməsi özlüyündə psixoloji problem deyil. Problem insanın öz kimliyini təsdiqləmək üçün başqasının kimliyini alçaltmağa ehtiyac duyması ilə başlayır.

Əgər öz kimliyimizdən əminiksə, başqasının kimliyi bizi niyə narahat etməlidir?

Neandertal

visiontv.az