Təhlükəsizlik məmurları Təbrizdə Vəhid Vidafəri həbs ediblər.
Bu barədə insan haqları fəalları məlumat yayıb.
O, sosila mediada İsrailin baş naziri Benyamin Netaniyahunun paylaşımını "bəyəndiyi" üçün saxlanılıb.
Bildirilib ki, Nidafər avqustun 5-də həbs olunsa da, ailəsinə məsələni ictimailəşdiməmək üçün təhdid edilib və həbs xəbəri oktyabrın 20-də yayılıb.
Bir neçə həftə Kəşfiyyat Nazirliyinin yerli istintaq təcridxanasında dindirilən Vəhid Nidafər hazırda Təbriz həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Onun barəsində hansı ittihamın irəli sürüldüyü barədə açıqlama verilməyib.
visiontv.az