Keçmiş komediyaçı Aleksey Reva rəqəmsal inkişaf, transformasiya və rəqəmsallaşdırma məsələləri üzrə Ukrayna müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Revanın əsas fəaliyyət istiqaməti Ukrayna Silahlı Qüvvələrinin tələbatları üçün rəqəmsal platformaların qurulması və onların işinin təmin edilməsi olacaq. Poltavada anadan olan Aleksey Reva Poltava Politexnik Universitetində təhsil alıb və elmi fəaliyyətlə məşğul olub. O, eyni zamanda yumorist kimi də tanınır. 2015-ci ildə "Komiki güldür" şousunun qalibi olan Reva, həmçinin "Mamaxoxotala" yumoristik studiyasında aktyor və ssenarist kimi fəaliyyət göstərib. Hərbi əməliyyatlar başladıqdan sonra sabiq komediyaçı və onun əkiz qardaşı ərazi komplektləşdirmə mərkəzlərinin (Ukraynada hərbi komissarlıqların analoqu - red.) sıralarına qoşulublar. Daha sonra o, ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə keçib. Reva hərbi qurumda proqram təminatının hazırlanması prosesində də iştirak edib.
visiontv.az