İsrail Qəzzaya beynəlxalq qüvvələrin yerləşdirilməsi xəbərlərini təkzib etdi
20.08.2026

İsrailin Baş naziri Benyamin Netanyahunun dəftərxanası ölkənin siyasi rəhbərliyi tərəfindən Qəzza zolağına beynəlxalq qüvvələrin gətirilməsinə razılıq verilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Visiontv.az  xəbər verir ki, bu barədə TASS-a hökumət başçısının ofisi tərəfindən yayılan bəyanata istinadən məlumat yayıb.

Bəyanatda qeyd olunur:

"Məlumatların əksinə olaraq, siyasi rəhbərlik beynəlxalq hərbi birləşmələrin Qəzza zolağına yerləşdirilməsinə icazə verməyib".

Bununla yanaşı, Netanyahunun dəftərxanasından əlavə edilib ki, İsrail HƏMAS-ın tam şəkildə tərk-silah olunmayacağı təqdirdə, bölgədə heç bir yenidənqurma və bərpa işləri həyata keçirilməyəcək.

visiontv.az