ABŞ ordusu "Apache" helikopterlərinin uçuşlarını bərpa etdi
20.08.2026

ABŞ Quru Qoşunları Texas ştatında baş vermiş qəzaya görə tətbiq edilən müvəqqəti qadağadan sonra "AH-64 Apache" helikopterlərinin təlim uçuşlarını yenidən bərpa edib.

Visiontv.az-ın xəbərinə görə, bu barədə Quru Qoşunlarının rəsmi bəyanatında məlumat verilib.

Qəzanın başvermə səbəbləri hələ də araşdırılsa da, hərbi komandanlıq "Apache" helikopterlərinin gələcək istismarının təhlükəsiz olması qənaətinə gəlib.

Xatırladaq ki, ABŞ Quru Qoşunları avqustun 14-de "Apache" helikopterlərinin  təlim  uçuşlarını dayandırmışdı. Buna səbəb avqustun 12-də Texas ştatının mərkəzi hissəsində bu modeldən olan bir helikopterin qəzaya uğraması olub. Hadisə nəticəsində göyərtədə olan iki nəfər həyatını itirmişdi.

visiontv.az