Sosial şəbəkələrdə İranda bir klinikada qadına tibbi xidmət göstərilməsi üçün məcburi hicab geyinməsinin tələb olunduğunu əks etdirən video yayılıb.
Görüntülərdə özünü klinikanın məsul şəxsi kimi təqdim edən qadın müştəriyə sərt şəkildə “Mən burada məsulam və sən hicab geyinməlisən” deyir. Qadın isə bu tələbi qəbul etmir, növbə nömrəsini yerə ataraq heç bir xidmət almadan klinikanı tərk edir.
Video bəzi İslam Respublikası tərəfdarı istifadəçilər tərəfindən məcburi hicab qaydalarının tətbiqinə nümunə kimi paylaşılıb. Hadisə sosial şəbəkələrdə qadınların səhiyyə xidmətlərinə çıxışının geyim qaydaları ilə şərtləndirilməsi ilə bağlı müzakirələrə səbəb olub.
visiontv.az