Azərbaycanlı şagirdlərin oxu bacarığında region üzrə birincisi olması yaxşı xəbərdir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən beynəlxalq təhsil araşdırması platforması olan PISA-nın nəticələrinə görə, Azərbaycan uşaqları 2025-ci il də məntiq və oxuma bacarıqları üzrə Ermənistan və Gürcüstanla müqayisədə daha yüksək göstərici nümayiş etdirib.
Belə ki, 2025-ci il nəticələrinə əsasən, Azərbaycan, Ermənistan və Gürcüstanın göstəriciləri müqayisə edildikdə, məntiq üzrə ən yüksək nəticə Azərbaycana məxsus olub. Azərbaycan 422 bal toplayıb. Gürcüstan 416, Ermənistan isə 377 bal əldə edib.
Riyaziyyat üzrə isə üç ölkə arasında ən yüksək göstəricini 415 balla Gürcüstan göstərib. Azərbaycanın nəticəsi 374, Ermənistanın nəticəsi isə 359 bal olub.
Oxuma bacarıqları üzrə Azərbaycan 388 balla üç ölkə arasında ən yüksək nəticəni göstərib. Ermənistan 377, Gürcüstan isə 364 bal toplayıb.
P.S. Ümumiyyətlə isə, dünyada ən çox kitab oxuyanlar Cənub-Şərqi Asiya ölkələrinin xalqlarıdır. Bu haqda İngiltərədə fəaliyyət göstərən "Dünya Mədəniyyət Səviyyəsi İndeksi" təşkilatının məlumatında bəyan edilib. PISA-nın nəticələrinə görə, postsovet ölkələri arasında ən aşağı oxu səviyyəsi Qazaxıstandadır.
P.P.S. Amma təkcə çoxlu kitab oxumaq da əsas şərt deyil. Oxunan kitablar yeni nəsildə həm də rasional düşüncə qabiliyyəti formalaşdırmalıdır. Kitab qurdu olan bir dostumuz demişkən, çox kitab oxumaq yox, kitabları düzgün oxumaq əsas şərtdir.
Bəybala Mirzəyev
visiontv.az