İran və Rusiya regional vəziyyəti və Qafqazdakı prosesləri müzakirə edib
12.09.2026

İran və Rusiya xarici işlər nazirlərinin müavinləri arasında regional proseslər və ikitərəfli əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr keçirilib.

İran xarici işlər nazirinin müavini Mehdi Sübhani Moskvaya səfəri çərçivəsində Rusiyanın xarici işlər nazirinin MDB məsələləri üzrə müavini Mixail Qaluzinlə görüşüb. Görüşdə ikitərəfli münasibətlər, Qafqazdakı vəziyyət, Ukrayna məsələsi və regional əməkdaşlıq müzakirə olunub.

Sübhani son aylarda baş verən proseslər, o cümlədən ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar barədə İranın mövqeyini qarşı tərəfə çatdırıb.

Görüşdə regional sabitlik və təhlükəsizliyin təmin olunması məqsədilə çoxtərəfli əməkdaşlığın, xüsusilə 3+3 formatının inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

visiontv.az