İran təhlükəsizlik qüvvələri Gilan əyalətində bir neçə idmançının evinə gecə saatlarında basqın edərək beş nəfəri həbs edib.
Məlumata görə, basqın zamanı dörd boksçu — Milad Şahbazi, Müctəba Yəzdani, Məcid Həbibzadə və Behnam Zəfəri, habelə, “Mələvan” futbol komandadının keçmiş oyunçusu Saman Nurməhəmmədi tutulub.
Təhlükəsizlik qüvvələri evlərdə axtarış apardıqdan sonra saxlanılan şəxsləri Rəşt şəhərindəki ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinə təhvil veriblər.
Saxlanılanların hansı ittihamlarla üzləşdiyi və hazırkı durumları ilə bağlı rəsmi açıqlama verilməyib.
visiontv.az