İran mediası Azərbaycanı strateji hədəf kimi göstərdi
17.02.2026

İranın “Fars News” agentliyi və ona yaxın bir sıra media qurumları sosial şəbəkələrdə Azərbaycana qarşı açıq hərbi təhdid xarakterli paylaşımlar edib.

Agentliyin “X” hesabında Bakı-Tblisi-Ceyhan boru kəməri təsviri yayımlanaraq, ABŞ-nin İrana mümkün hücumu halında bu strateji enerji xəttinin hədəfə alına biləcəyi iddia olunub. Bu cür açıqlamalar Azərbaycanın həyati əhəmiyyətli infrastrukturuna yönəlmiş birbaşa təhdid kimi qiymətləndirilir.

Qeyd edək ki, son bir ay ərzində Fars News və əlaqəli platformalarda Azərbaycana qarşı bir neçə dəfə oxşar məzmunlu hərbi təhdidlər səsləndirilib.

visiontv.az