Böyük Britaniyada 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələr qadağan edilir
17.02.2026

Böyük Britaniyada 2026-cı ildən 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrin qadağan edilməsi planlaşdırılır. Bu barədə The Times yazıb.

Məhdudiyyətlər həmçinin çat-botlardan istifadə imkanına da şamil olunacaq.

Bundan əlavə, hakimiyyət orqanları onlayn platformaları uşaqların sonsuz lentə malik tətbiqlərdə keçirdiyi vaxt üçün limit müəyyən etməyə məcbur etmək niyyətindədir.

visiontv.az