İranda daha iki siyasi məhbus edam edildi
01.04.2026

Kərəc şəhərinin Qızılhisar həbsxanasında saxlanılan daha 2 siyasi məhbus edam edilib.

Bu barədə Məhkəmə Hakimiyyətinin "Mizan" saytı məlumat yayıb.

Məlumata görə, Babək Əlipur və Puya Qubadi İran Xalq Mücahidləri Təşkilatının üzvü olublar.

Bir gün əvvəl isə Əkbər (Şahrux) Daneşvərkar və Məhəmməd Təqəvi Səngdehi də eyni ittihama görə edam edilmişdi.

visiontv.az