Altı İran diplomatı pasport və siyasi toxunulmazlıqdan istifadə edərək son aylarda kommersiya reysləri ilə Beyruta çamadanlarla böyük məbləğdə nağd pul aparıb. Vəsait Hizbullahın maliyyə və əməliyyat imkanlarını bərpa etmək üçün nəzərdə tutulub.
Bildirilir ki, pul köçürmələri təşkilatın ciddi maliyyə böhranı yaşadığı və öz üzvlərinə ödəniş etməkdə çətinlik çəkdiyi bir dövrə təsadüf edir. Mənbələrin məlumatına görə, diplomatlar vəsaiti gömrük yoxlamalarından yayınaraq ölkəyə keçiriblər.
İranın Türkiyədəki keçmiş səfiri Məhəmməd İbrahim Taherianfərd ötən ay Əraqçı ilə birlikdə Beyruta uçarkən içərisi dollarla dolu çamadan daşıyıb.
Adları hallanan diplomatlar:
• Məhəmməd İbrahim Taherianfərd – İranın Türkiyədə keçmiş səfiri;
• Məhəmməd Rza Şirxodayi – Xarici İşlər Nazirliyinin əməkdaşı;
• Həmid Rza Şirxodayi – diplomat;
• Rza Nedayi – diplomat;
• Abbas Əsgəri – diplomat;
• Əmirhəmzə Şiranirad – İranın Kanadadakı səfirliyinin əməkdaşı.
visiontv.az