Bombardmanlardan sonra Vaşinqtonda belə bir qənaət güclənir ki, İranın nüvə proqramını və regional siyasətini yalnız hərbi zərbələrlə dəyişmək mümkün deyil. Əsas problem rejimin özüdür. Buna görə də ABŞ-da və bir sıra Qərb analitik mərkəzlərində İranda uzunmüddətli siyasi transformasiya və ya rejim dəyişikliyi ehtimalı daha açıq müzakirə olunur.
Digər tərəfdən, müharibə İran daxilində gözlənildiyi kimi liberallaşmaya yox, əksinə, təhlükəsizlik strukturlarının mövqeyinin güclənməsinə səbəb olub. Xüsusilə də SEPAH ölkənin siyasi və təhlükəsizlik qərarlarında əvvəlkindən daha böyük təsirə malik görünür. Bir sıra analitiklər hesab edir ki, bu proses İranın xarici siyasətini daha sərt və daha radikal istiqamətə yönəldə bilər.
Hazırkı vəziyyətdə tərəflər arasında diplomatik kanallar tam bağlanmasa da, qarşılıqlı etimad demək olar ki, yoxdur. Hörmüz boğazında son hücumlar və ABŞ-ın buna cavab olaraq yeni hərbi zərbələr endirməsi göstərir ki, hərbi qarşıdurma riski hələ də yüksək olaraq qalır.
Əsas sual isə dəyişmir: Əgər İranın siyasi sistemi dəyişməzsə, ölkənin xarici siyasəti dəyişəcəkmi? Vaşinqtonda getdikcə daha çox səslənən cavab budur: “Xeyr.”
Elbəyi Həsənli
visiontv.az