Hörmüz boğazında gəmi hərəkəti demək olar ki, dayanıb
09.07.2026

Bloomberg agentliyinin yaydığı məlumata görə, Hörmüz boğazından keçən gəmi hərəkəti demək olar ki, tamamilə dayanıb.

Məlumatda gəmi izləmə sistemlərinin məlumatlarına istinadən bildirilir ki, müşahidə olunan məhdud hərəkət əsasən İranın təsdiqlədiyi marşrut üzrə, boğazın şimal hissəsinə daha yaxın ərazidə baş verib.

Xəbərə görə, ABŞ-ın dəstəklədiyi Oman dəhlizi isə faktiki olaraq hərəkətsiz qalıb.

visiontv.az