Yeni tədris ilinin başlanması münasibəti və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına dəstək olaraq ölkəmizdə "İbtidai Sinif Müəllimlərinin 3-cü Forumu" keçirilib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Ümummilli lider Heydər Əliyevin 100 illik əlamətdar yubileyinə həsr olunmuş “Təhsil millətin gələcəyidir” mövzusunda ibtidai sinif müəllimlərinin 3-cü forumunda çıxış edərək önəmli çağırışlar edib.
Komitə sədri Ümummilli liderin təhsilə, məktəbə və oxuya verdiyi müstəsna dəyərdən söz açıb. Özünün hər iki valideyninin müəllim olmasını vurğulayan Q.Paşayeva, “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram.” kəlamını minnətdarlıqla xatırladıb.
Q.Paşayeva müvafiq dövlət orqanları ilə yanaşı ictimai qurumların, o cümlədən nəşriyyatların məktəb, təhsil, təlim-tərbiyə mövzusuna xüsusi diqqətini alqışlayıb, belə yanaşmaların xəlqi təqdirə layiq olduğunu deyib.
“Təhsil millətin gələcəyidir” adının təsadüfən seçilmədiyini bildirən Komitə sədri, Forumun artıq üçüncü dəfə keçirilməsi faktını, bu Foruma, onun təşkilatçılarına bəslənən inamın, gözəl münasibətin ifadəsi kimi şərh edib.
Forum, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Çinar Yayımları” nəşriyyatı və “Təhsil” nəşriyyatının təşkilatçılığı, qardaş Türkiyə Cümhuriyyətinin “Okulistik” və “Matbeg” şirkətlərinin təşəbbüsü ilə baş tutub.
Arzu edənlər izləyə bilərlər:
Visiontv.az