Sülh prosesinə qarşı olan erməni müxalifətinin hakimiyyətə gəlmək şansı varmı?
Sülh prosesinə qarşı olan erməni müxalifətinin hakimiyyətə gəlmək şansı varmı?
29.10.2025 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistanın sabiq prezidenti R. Koçaryan bu ayın əvvəlində Moskvadan qayıtdıqdan sonra, mətbuat konfransı keçirərək 8 avqustda Vaşinqtonda Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edən üçtərəfli Bəyannamə ilə bağlı mövqeyini bölüşüb. R. Koçaryan 8 avqust sənədinin Ermənistana heçnə qazandırmadığını qeyd etmişdi. Həmçinin 8 avqustda paraflanmış sülh sənədinin hüquqi qüvvəsinin olmadığını açıq şəkildə elan etdi.

Parlament seçkilərində baş nazirliyə namizəd olacağını elan edən R. Koçaryan indidən üçtərəfli sənədi tanımadığını elan etməklə, Rusiya və İrana da reveranslar etdi.

Hazırda Ermənistan müxalifəti və ikinci Qareginin başçılıq etdiyi Erməni Apostol Kilsəsi tam olaraq sülh prosesinin əleyhinədir. Əgər, Ermənistanda R. Koçaryan -S. Sarkisyan tandemi hakimiyyəti götürərsə, Azərbaycanla bütün razılaşmaları pozacaqlar. Təbii ki, geosiyasi reallıqlar və Rusiyanın zəifləməsi, Azərbaycan və Ermənistan arasında tranzit yolların açılması ilə bağlı razılaşmalar erməni ictimaiyyətini N. Paşinyana dəstəyini artırır. Proseslər müharibə gündəliyini, əməkdaşlıq gündəliyi ilə əvəzləyir. Sülh prosesinə qarşı olan müxalifətin bu prosesi poza biləcəyi və hakimiyyətə gəlmək prespektivi yoxdur.

Artıq N. Paşinyan İkinci Qaregini Apastol kilsəsindən uşaqlaşdırmaq üçün dini mərasimlərə qatılır.  Keşiş Aramı Ermənistanın yeni katalikosu elan edəcəklər. Hakimiyyət Kilsəni neytrallaşdırmaqla siyasi müxalifətə zərbə vurur.

Məhəmməd Əsədullazadə

visiontv.az