Yaponiya kosmosda günəş enerjisi toplayıb onu kabelsiz Yerə ötürə bilib
15.01.2026

Yaponiya kosmosda günəş enerjisi toplayıb onu kabelsiz Yerə ötürmə texnologiyasını uğurla sınaqdan keçirib. Bu, tam miqyaslı enerji istehsalı olmasa da konseptin praktik olaraq mümkün olduğunu göstərən real bir testdir.

Orbitdə yerləşdirilmiş günəş panelləri elektrik istehsal edir.

İstehsal olunan enerji mikrodalğa siqnallarına çevrilərək Yer səthindəki qəbul antenlərinə göndərilir. Antenlər bu siqnalları yenidən elektrik enerjisinə çevirir.

Əldə edilən enerji miqdarı hələlik kiçikdir, lakin texniki olaraq proses işləkdir. Bu texnologiyanın əsas üstünlüyü gecə-gündüz, hava şəraiti və fəsillərdən tam müstəqil enerji istehsalı potensialıdır.

Layihə üzərində uzun illərdir Japan Aerospace Exploration Agency və universitetlər çalışır. Hədəf 2030-cu illərdə daha böyük gücə malik sınaq peyklərini orbitə çıxarmaqdır.

Sınaq kosmosda enerji sistemlərinin gələcək üçün real alternativ ola biləcəyini göstərdi.

İbrahim Nəbioğlu

visiontv.az