Səidə Dadaşova atasının məzarından təsirli görüntülər paylaşdı
15.01.2026

Müğənni Səidə Dadaşova sosial şəbəkədə təsirli paylaşım edib.

BAKU.WS xəbər verir ki, o mərhum atası, Xalq artisti Rafael Dadaşovun məzarını ziyarət edib. Dadaşova görüntüləri instaqram hesabındakı izləyiciləri ilə bölüşüb. O videoya özünün rus dilində səsləndirdiyi hüznlü şeir parçasını da əlavə edib.

İfaçının bu paylaşımı izləyicilərini duyğulandırınb.

Xatırladaq ki, Rafael Dadaşov 2020-ci il martın 16-da vəfat edib.

Visiontv.az