Bu qısa zaman kəsiyində qlobal güc balansları silkələnib, böyük dövlətlər arasında rəqabət daha açıq və sərt fazaya keçib.
Beynəlxalq hüquq “kim güclüdür o haklıdır” siyasətinin kölgəsində qalıb.
Dünən “sabit” sayılan alyanslar bu gün sual altındadır, dünən “imkansız” görünən ssenarilər isə artıq müzakirə mövzusudur.
Regional müstəvidə proseslər daha da sürətlidir. Sərhədlərimizdə , yaxın coğrafiyamızda təhlükəsizlik anlayışı yenidən formalaşır.
Münaqişələr daha dondurulmur, əksinə yeni miqyaslar qazanır.
Enerji, nəqliyyat və kommunikasiya xətləri artıq təkcə iqtisadiyat deyil, strateji silahdır.
Regional oyunçular seçim qarşısındadır: ya dəyişən reallığa uyğunlaşacaqlar, ya da proses onları kənarlaşdıracaq.
Lokal səviyyədə isə bu böyük dəyişikliklər sadə insanların gündəlik həyatına sirayət edir.
Sadə insan qlobal qərarların yerli müstəvidə təsirini qiymətlərin dəyişməsində, təhlükəsizlik hissindəki sarsıntıda və gələcəyə olan inamın zəifləməsində hiss edir.
Dövlətlərin atdığı hər bir addım artıq sadəcə diplomatik jest olmaqdan çıxıb , cəmiyyətlərin sosial tarazlığına və psixoloji dayanıqlılığına birbaşa təsir edən həlledici amilə çevrilib.
Əgər bütün bunlar cəmi bir neçə ayın içində baş veribsə, onda bir sual labüddür: qarşıdakı aylar bizə daha hansı reallıqları göstərəcək?
Əgər bu sürət davam edərsə, yaxın gələcəkdə biz təkcə yeni xəritələr yox, yeni qaydalar, yeni ittifaqlar və yeni risklər görəcəyik.
Hazırlıqsız olanlar proseslərin obyektinə, strateji düşünənlər isə subyektinə çevriləcək…
Politoloq Yeganə Hacıyeva
visiontv.az