Moda dizaynı karyerasını davam etdirmək və Milan Moda Həftəsində əl ilə toxunmuş əsərlərini nümayiş etdirmək arzusunda olan 23 yaşlı Rubina Əminian İranda baş verən etirazlar zamanı həyatını itirib.
Tehrandakı Şəriəti Universitetinin tekstil və geyim dizaynı ixtisası üzrə öyrəncisi olan Rubinanın cəsədini anası Tehranın məhkəmə-tibbi ekspertiza morqunda, onlarla gənc etirazçının arasında tapıb.
Rubinanın Norveçdə yaşayan xalası Hilalə Nuri bildirib ki, Rubina “ümid və həyat dolu”, qadın və kişi bərabərliyinə inanan bir gənc idi.
Onun hekayəsi İranda gənclərin, xüsusilə qadınların arzularının repressiya və zorakılıq fonunda necə yarımçıq qaldığını bir daha gündəmə gətirib.
visiontv.az