USS Abraham Lincoln aviadaşıyıcısı Ərəb dənizində əməliyyatlarını davam etdirir və İran əleyhinə tətbiq olunan ABŞ blokadasının icrasında iştirak edir.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
CENTCOM-un X platformasında paylaşdığı məlumata görə, ABŞ qüvvələri blokada başlayandan bəri 65 kommersiya gəmisinin istiqamətini dəyişdirib və 4 gəmini isə istifadəyə yararsız hala salıb.
İran limanlarına qarşı ABŞ blokadası İran, İsrail və ABŞ arasında baş vermiş müharibədən sonra aprel ayında başlayıb. Hazırda tərəflər arasında kövrək atəşkəs qüvvədədir.
visiontv.az