Vilayəti Trampa cavab verdi: “Meydanda sizi məğlub etdik, diplomatiyada qalib gələcəyini düşünmə”
12.05.2026

İranın keçmiş xarici işlər naziri və ali rəhbərin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti, ABŞ prezidenti Donald Trampın son açıqlamasına kəskin reaksiya verib.

“Biz sizi meydanda məğlub etdik; ona görə də diplomatiyada qalib gələcəyinizi heç vaxt düşünməyin”, - deyə, o, bildirib.

Trampın İranla bağlı nüvə təhdidlərinə də toxunan Vilayəti əlavə edib ki, ABŞ prezidentinin Pentaqonun məlumatlarına əsaslanan dəyərləndirmələrinə güvənməsi yanlış yanaşmadır.

İran rəsmisi xəbərdarlıq edib ki, ABŞ Tehranın “sakit mövqeyindən” istifadə edərək üstünlük qazana bilməyəcək. (

visiontv.az