Seyid Müctəba Xameneinin İslam Respublikasının üçüncü lideri seçilməsi ilahi hərəkət idi və bu prosesə İmam Zamanın rəhbərlik etdiyinin şahidi olduq.
Bunu İran Ekspertlər Məclisinin üzvü Möhsün Əraki kimi də tanınan Möhsün Məhəmmədi Əraqi deyib.
"Yeni liderin seçilməsi müharibə, təhdidlər və şiddətli xarici təzyiq şəraitində həyata keçirildi. Düşmənlər Ekspertlər Məclisinin toplanmasının qarşısını almaq üçün çox çalışdılar. Ancaq biz lideri tamamilə ilahi şəraitdə seçməyə müvəffəq olduq",- o əlavə edib.
Qeyd edək ki, ABŞ və İsrailin hücumu nəticəsində İranın keçmiş rəhbəri Əli Xamənei fevralın 28-də öldürüldükdən sonra, martın 9-da onun oğlu Müctəba Xamənei yeni rəhbər seçilib.
visiontv.az