İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələrinin yüksək vəzifəli rəsmisi bildirib ki, Tehran regiondakı hadisələri yaxından izləyir və öz maraqlarının pozulmasına imkan verməyəcək.
Bu barədə çərşənbə axşamı dövlət mediası məlumat yayıb.
SEPAH Hərbi Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə müavini Məhəmməd Əkbərzadə deyib ki, İran silahlı qüvvələri Hörmüz boğazında və ətrafında baş verən hərəkətləri izləyir və “təxribat" hesab etdiyi addımlara cavab verməyə hazırdır.
“İran İslam Respublikası regiondakı hərəkətləri dəqiqlik və qətiyyətlə izləyir və öz sularına və maraqlarına hər hansı müdaxiləyə imkan verməyəcək,” – deyə Əkbərzadə televiziya ilə yayımlanan çıxışında bildirib.
Əkbərzadə həmçinin qeyd edib ki, İran dünya neft daşımalarının əsas marşrutlarından biri olan Hörmüz boğazına dair daha geniş strateji yanaşma qəbul edib və ölkənin dəniz qüvvələri bölgədə aktiv fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Hörmüz boğazı beynəlxalq sulara daxildir və İranın daxili suları hesab edilmir.
visiontv.az