BBC-nin xəbərinə görə, Kardiffdə birgə anlaşma memorandumu imzalayan liderlər Böyük Britaniyada "Vestminster dövrü"nün (Londonun mütləq hakimiyyətinin) bitmək üzrə olduğunu bəyan ediblər.
"Plaid Kimri" (Uels Partiyası), "Şinn Feyn" (Şimali İrlandiya) və Şotlandiya Milli Partiyasının (SNP) millətçi liderləri öz ölkələrinin Birləşmiş Krallıqdan ayrılmasını istəyirlər. Onların bu gün imzaladığı sənəddə deyilir ki, "heç bir Vestminster hökumətinin demokratiyanı bloklamağa və ya xalqların öz gələcəyini təyin etmək hüququna mane olmağa ixtiyarı yoxdur".
Şotlandiyanın birinci naziri Con Suinni və Şimali İrlandiyanın birinci naziri Mişel O'Nil birgə mətbuat konfransında müstəqillik referendumlarının keçirilməsi çağırışını ediblər. Uelsin birinci naziri Rin ap İorvert isə referendum məsələsinə dəstək versə də, öz ölkəsində səsvermə üçün hər hansı konkret vaxt açıqlamaqdan yayınıb.
visiontv.az