İran bazarında manat üç ayda 30 faiz bahalaşdı
15.09.2026

İran bazarında manatın qiyməti uçdu. Azərbaycan manatı İranda yeni zirvədə.

GünAz TV-nin məlumatına görə, İranın açıq bazarında Azərbaycan manatının qiyməti təxminən 138 min tümənə çatıb.

Manatın iyun ayında təxminən 106 min tümənə satıldığı, son üç ay ərzində isə qiymətinin təxminən 30 faiz artdığı bildirilir.

Bazar göstəricilərinə əsasən, manatın bahalaşması son həftələrdə daha da sürətlənib. Belə ki, məzənnə iyul ayında təxminən 110 min tümən olduğu halda, hazırda 138 min tümən səviyyəsinə yüksəlib.

Azərbaycan manatının İran bazarında qiyməti tarixi yüksək səviyyələrdən birinə çatıb.

visiontv.az