Rusiya Buşehr Atom Elektrik Stansiyasındakı mütəxəssislərinin sayını artıracaq
16.09.2026

Rusiya Buşehr Atom Elektrik Stansiyasında mütəxəssislərinin sayını 150 nəfərə çatdırmağı planlaşdırır.

“İnterfaks” xəbər agentliyinin məlumatına görə, Rusiyanın dövlət şirkəti “Rosatom” yaxın vaxtlarda Buşehr Atom Elektrik Stansiyasında çalışan mütəxəssislərinin sayını 150 nəfərə çatdırmağı planlaşdırır.

Hazırda stansiyada iki yeni enerji blokunun tikintisini həyata keçirən “Rosatom” ABŞ və İsrailin İranla müharibəsinin 9 Esfənd tarixində başlamasından sonra yüzlərlə əməkdaşını İrandan çıxarmışdı.

Rusiya ilə İran arasında nüvə əməkdaşlığının bir neçə onillik tarixi var. Moskva 1990-cı illərin əvvəllərindən Buşehr Atom Elektrik Stansiyasının tikintisində və iranlı mütəxəssislərin hazırlanmasında iştirak edir.

İki ölkə arasında son illərdə uranın zənginləşdirilməsi, raket texnologiyaları, elektron müharibə və pilotsuz uçuş aparatları ilə bağlı sahələr də daxil olmaqla, akademik və texniki əməkdaşlığın genişləndiyi bildirilir.

visiontv.az