Bilirsiniz ki, eyni ətir fərqli insanlarda fərqli qoxuya bilər?
15.09.2026

Parfüm əslində tək bir qoxudan yox, müxtəlif uçuculuğa malik çoxsaylı aromatik molekullardan ibarətdir. Dəriyə vurulduqdan sonra bu molekulların hamısı eyni sürətlə havaya keçmir. Daha uçucu maddələr əvvəl buxarlanaraq “üst notları”, daha gec buxarlananlar isə zaman keçdikcə orta və baza notlarını ön plana çıxarır.

Məhz burada dərimizin xüsusiyyətləri işə qarışır. Dərinin temperaturu yüksəldikcə bəzi maddələrin buxarlanması sürətlənə bilər. Sebum və dərinin lipid təbəqəsi isə bəzi ətir molekullarını daha çox saxlayaraq onların havaya keçmə sürətinə təsir göstərə bilər. Dərinin nə qədər quru və ya yağlı olması, parfümün hansı nahiyəyə vurulması və həmin nahiyənin temperaturu da qoxunun intensivliyini və zaman ərzində necə dəyişdiyinə təsir edə bilər.

Buna görə də eyni şüşədən vurulan parfüm iki insanın dərisində tamamilə başqa maddəyə çevrilmir, amma burnumuza çatan aromatik molekulların nisbəti və zamanlaması bir qədər fərqlənə bilər. Nəticədə eyni parfüm bir insanda daha şirin, digərində daha ağır, yüngül və ya davamlı təsir bağışlaya bilər.

Kağız tester isə canlı dəri deyil, onun temperaturu, sebumu və dəri lipid təbəqəsi yoxdur. Ona görə mağazada kağız üzərində bəyəndiyiniz parfümü almadan əvvəl öz dərinizdə də sınamaq daha məntiqlidir.

Neandertal

visiontv.az