“TRİPP+” fonduna rəhbər Konstantin Sokolov həm də Ermənistanın ikinci ən zəngin mis-molibden yatağının sahibidir
20.07.2026

ABŞ Dövlət Departamentinin “TRİPP+” fonduna rəhbər təyin etdiyi Konstantin Sokolov Ermənistanın ikinci ən zəngin mis-molibden yatağına da sahib olub. Söhbət Texut mis-molibden yatağından gedir.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, bu yataq Rusiyanın dövlət bankı olan VTB-yə məxsus olub və bank onu kredit borcunun ödənilməməsi qarşılığında əldə edib. Sokolovun investisiyası isə Ermənistanın dağ-mədən sənayesinə - Amulsardakı qızıl yatağından sonra yatırılan ikinci ən böyük Qərb investisiyası olub.

Ermənistanın hüquqi şəxslər üçün elektron reyestr sənədlərindən Texut yatağını idarə edən “Kuprar RA” şirkətinin yeni səhmdarının “Dinamik Frontir Holdinqs” olduğu bəlli olub. Ermənistanda qeydiyyatda olmayan kompaniya açıq mənbələrə görə, 2025-ci ilin avqustunda ABŞ-nin Texas ştatında yaradılıb. AzadlıqRadiosunun Texas ştatının vergi reyestrindən əldə etdiyi sənədlərə əsasən, şirkətin rəhbəri Floridada qeydiyyatda olan Konstantin Sokolov göstərilib.

52 yaşlı maliyyəçi və investor olan Sokolov bu həftə Azərbaycandan Naxçıvana gedəcək yolun Ermənistandan keçən hissəsinə nəzarət edəcək “TRİPP+” fonduna rəhbər təyin edilib. “Guardian” qəzeti yazıb ki, əslən Rusiyadan olan Sokolovun nəzarəti altında 200 milyon dollarlıq vəsait olacaq.

Bununla belə Sokolovun bu olaydan öncə də Ermənistanda yatırımı olub. O, 2024-cü ildə “Viva Armenia” telekommunikasiya şirkətinin səhmlərinin 20%-ni alıb.

Texut yatağı Ermənistanın şimal-şərqində Gürcüstan və Azərbaycan sərhədlərinə yaxın ərazidə yerləşir. Bu yatağı əvvəllər Valeri Meclumyana aid “Vallex Group” şirkəti işlətsə də sonra da VTB-yə olan kreditinin ödənilməməsi sayəsində şirkət yatağı itirmişdi. Nəticədə Rusiya bankı yatağı 380 milyon dollar qarşılığında nəzarətinə keçirmişdi.

visiontv.az