Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki "Villa Borsig" iqamətgahına gəlib.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dövlətimizin başçısını qarşılayıb.
Prezident İlham Əliyev burada xatirə kitabını imzalayıb.
Hazırda Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir.
visiontv.az
Yaponiyanın Okinava və Kaqosima hava limanlarında qasırğa səbəbindən 470 reys ləğv edilib