Azərbaycan və Almaniya arasında Birgə Bəyannamə imzalanması nəzərdə tutulur
21.07.2026

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə təkbətək görüşü davam edir.

Təkbətək görüşdən sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olacaq.

Prezident İlham Əliyevin  Almaniya kansleri Fridrix Merts ilə görüşündə isə  "Azərbaycan Respublikası ilə  Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" imzalanması nəzərdə tutulur.

visiontv.az