Narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutulub
21.07.2026

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 51 yaşlı Əlövsət Gülməmmədov saxlanılıb.

Daxili  İşlər  Nazirliyinin Mətbuat  xidmətinin Bərdə Regional Qrupundan  verilən məlumata görə, keçirilən baxış zamanı onun  Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yerləşən evinin həyətyanı sahəsindən 77 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ə.Gülməmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

visiontv.az